Mahir qol vurdu, "Rakuv" darmadağın oldu

30.08.2026 19:00 163
Dünya futbolu
Mahir Emrelinin çıxış etdiyi “Rakuv” Polşa çempionatında növbəti məğlubiyyətini alıb.

"Football-plus.az" xəbər verir ki, Çenstoxova təmsilçisi 6-cı turda doğma meydanda "Yagelloniya" ilə qarşılaşıb. Matç qonaqların 5:2 hesablı qələbəsi ilə başa çatıb.

Mahir matça start heyətində başlayıb və 1 qol vurub.

"Rakuv” keçirdiyi oyunların hamısında məğlub olub. Xalı olmayan komanda sonuncu - 18-ci pillədə qərarlaşıb.