“Rakuv”un səviyyəsini qaldıran yeganə futbolçu Mahirdi”

11.10.2026 10:54 36
Ölkə futbolu
"Rakuv"un azarkeş qrupunun rəhbəri Vadim Vieszorka komandanın cari mövsümdəki uğursuz çıxışından danışıb. Klubun tanınmış fanatı "Gieksa" nəşrinə açıqlamasında "Rakuv"un hazırda ekstraklasada sonuncu pillədə qərarlaşmasını acınacaqlı durum adlandırıb.

O, heyətdəki bəzi futbolçuların aşağı səviyyədə çıxış etdiyini də bildirib. Azarkeş həmvətənimiz Mahir Emrelini isə xüsusi fərqləndirib:

"Biz əsas heyətə düşə bilməyən futbolçulara 2 milyon avro xərcləyirik. Yeni transferlərlə bağlı müəyyən problemlər var. Komandanın səviyyəsini qaldıran yeganə oyunçu "Kayzerslautern"dən icarəyə götürdüyümüz Mahir Emrelidi".

Xatırladaq ki, Mahir mövsümün əvvəlindən "Rakuv"da çıxış edir. 28 yaşlı hücumçu Polşa klubunun heyətində 6 qol vurub.