"Rakuv" tilsimi qırdı - Makuç Mahirə qol saxlamadı

11.09.2026 22:00 0
Dünya futbolu
Polşa çempionatında 7-ci turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, Mahir Emrelinin çıxış etdiyi “Rakuv” öz meydanında “Motor”la qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.

Mahir görüşə əsas heyətdə başlayıb. O, 87–ci dəqiqədə əvəzlənib. Qolları 42-ci və 77-ci dəqiqələrdə Patrik Makuç vurub.

Bu, “Rakuv”un cari mövsümdə Polşa çempionatında ilk qələbəsi olub. 3 xalı ola komanda sonuncu yerdədi.