Mahir Emreli Polşa “Rakuv”unda növbəti qolunu vurub.
"Football-plus.az" xəbər verir ki, 29 yaşlı hücumçu Polşa çempionatının 5-ci turundan təxirə salınan “Qurnik”lə (Zabje) matçda fərqlənib.
Start heyətində meydana çıxan Emreli 79-cu dəqiqədə rəqib qapısına yol tapıb, hesabı 1:2 edib. Oyun bu hesabla “Qurnik”in xeyrinə başa çatıb.
Qeyd edək ki, Mahir bununla cari mövsüm “Rakuv”un heyətində bütün turnirlərdə 11-ci oyununda 6-cı qolunu vurub. Onun hesabında 1 məhsuldar ötürmə də var.
Amma Polşa çempionatında keçirdiyi 5 oyunun hamısında uduzan “Rakuv” xal toplamadan sonuncu - 18-ci yerdə qərarlaşıb.
Mahir rəqiblərə göz verir, işıq vermir - bu da 6-cı qol!
Dünya futbolu / Manşet






