''Qalatasaray'' ot örtüyü ilə bağlı UEFA-ya müraciət etdi

18.11.2026 12:30 18
Dünya futbolu
''Qalatasaray''da ''Rams Park''ın ot örtüyü ilə bağlı gündəm davam edir.

Məlum olduğu kimi İstanbul nəhəngi öz stadionunun ot örtüyündəki yeniləmə işlərinin davam etməsi üzündən qarşıdakı oyunu başqa arenada keçirməli olacaq. Belə ki, noyabrın 21-də ''Samsunspor''a qarşı ev oyunu ''İstanbul BŞ''yə məxsus ''Fatih Terim'' stadionunda baş tutacaq. Bu qarşılaşmadan 3 gün sonra - noyabrın 24-də ''Cim-Bom''u Çempionlar Liqasında ''Aston Villa'' ilə ev oyunu gözləyir.

Bu arada Türkiyə çempionunun həmin oyunla bağlı UEFA-ya yazılı şəkildə müraciət etdiyi məlum olub. Türkiyəli jurnalist Kutlu Akpınarın paylaşdığı xəbərə görə ''sarı-qırmızılar'' ot örtüyünün qorunması məqsədilə ''Rams Park''da oyundan öncə məşq keçirilməməsini istəyib. Bu tələblə həm UEFA, həm də ingilislər razılaşıb.

Bu da o deməkdi ki, ''Aston Villa'' son məşqini öz meydanında etdikdən sonra İstanbula gələcək.