Zlomisliçin millisi qrup qalibi ola bilmədi

18.11.2026 11:43 0
Dünya futbolu
“Qarabağ”ın qapıçısı Martin Zlomisliç Bosniya və Herseqovina millisində növbəti oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, o, Millətlər Liqasının B Liqasının 6-cı turunda Rumıniya ilə qarşılaşmada meydana çıxıb.

Bosniya və Hersoqovina yığması doğma meydanda rəqibini 2:1 hesabı ilə məğlub edib. Start heyətində yer alan Zlomisliç matçın sonunadək meydanda olub.

Bu qələbədən sonra Bosniya və Hersoqovina millisi 11 xalla qrupda ikinci yeri tutub.