''Qalatasaray'' daha bir zədə xəbəri ilə sarsılıb.
''Rams Park''ın ot örtüyünün bərbad durumda olması önəmli futbolçuların bir-bir sıradan çıxmasına səbəb olur.
Çempionlar Liqasında ''Ştutqart'' ilə oyunda zədələnən və noyabrın 7-də əməliyyat olunan Viktor Osimhen təxminən 4 həftəliyə sıradan çıxıb. İndi də Rafael Leaodan bəd xəbər gəlib. Bu futbolçu ''Amed SF''yə qarşı son oyunda zədələnib. Klubdan verilən rəsmi açıqlamada portuqaliyalı ulduzun sağ ayaq budunun arxa əzələsindən zədə aldığı qeyd olunub.
Onun müalicəsinə artıq start verilib. Leao Portuqaliya yığmasının qarşıdakı oyunlarını buraxacaq. İlkin ehtimallara görə 27 yaşlı vinger ən azı 4 həftəliyə sıradan çıxıb!
''Samsunspor'' və ''Aston Villa''ya qarşı oyunları buraxacağı gözlənilən Leao böyük ehtimalla noyabrın 30-dakı ''Beşiktaş''a qarşı derbini də buraxmalı olacaq. O ən yaxşı halda dekabrın 4-də ''Çaykur Rizəspor''a qarşı oyunda sıraya dönəcək.
''Qalatasaray''da Osimhenin ardından daha bir ulduz sıradan çıxdı!
Dünya futbolu





