Fransada hökumətə yönəlmiş etirazlar davam edir.
''Qalatasaray''ı isə məlum olduğu kimi bu tur Çempionlar Liqasında məhz Fransa səfəri gözləyir. Türkiyə çempionu ''Lill'' ilə qarşılaşacaq. Fransada etirazların səngiməməsi və əsl xaos yaşanması üzündən İstanbul nəhənginin təhlükəsizliyin gücləndirilməsi üçün UEFA-ya müraciət etdiyi məlum olub. ''Sarı-qırmızılar'' həm Fransaya yollanacaq heyətin, həm də fanatların təhlükəsizliyinin yüksək səviyyədə qorunmasını tələb edib.
Bundan başqa ''Qalatasaray'' rəsmiləri xarici işlər nazirliyi ilə əlaqə quraraq Fransadakı son durum barədə məlumat alıb. Eləcə də Türkiyənin Parisdəki səfirliyi də ''Qalatasaray''ın təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasına yardım edəcək.
''Qalatasaray'' ciddi ordu qoruması altında Fransaya yollanıb. Fransa mənbələrinin yazdığına inansaq, ''Cim-Bom''un qalacağı otelin önündə təhlükəsizliyi 6 snayper, Fransa ordusunda xüsusi təlim keçmiş 250 əsgər, eləcə də 1000 nəfərdən ibarət mühafizə xidməti qoruyacaq.
Bu arada ''Qalatasaray''ın yönəticisi Eray Yazqanın sözlərinə görə klub tərəfindən oyunun təxirə salınması üçün UEFA-ya müraciət ünvanlansa da, Avropanın ali futbol qurumu həm Fransanın daxili işlər nazirliyi, həm də ''Lill'' rəsmiləri ilə məsləhətləşdikdən sonra oyunun təxirə salınmamasına qərar verib.
''Qalatasaray'' Fransada xüsusi şəkildə qorunacaq
Dünya futbolu





