20 il ''Fənərbaxça''da işləyən məşqçi klubdan ayrıldı!

18.11.2026 11:11 0
Dünya futbolu
Əmrə Belözoğlunun təyinatından sonra mövsümün əvvəlindən köməkçi məşqçi kimi çalışan və sonradan müvəqqəti baş məşqçi vəzifəsinə gətirilən Dirk Kuytla yollarını ayıran ''Fənərbaxça''da daha bir ayrılıq yaşanıb.

"Football-plus.az" xəbər verir ki, bu dəfə ayrılan isim isə Zəki Murat Gölə olub. Bu haqda o özü məlumat verərək geniş bir vida paylaşımı edib.

Kuytdan fərqli olaraq bu ayrılığı sürpriz saymaq olar. Çünki 47 yaşlı bu mütəxəssis camiədə az qala əfsanəyə çevrilmişdi. Gölə 2007-ci ildən başlayaraq fasiləsiz ''Fənərbaxça''da işləyirdi. Bu müddətdə o, akademiyadan başlayaraq əsas komandaya qədər yüksəlmiş və bir çox vəzifələrdə çalışmışdı. Son illərdə Gölə əsasən baş məşqçilərin qovulmasından sonra müvəqqəti məşqçi funksiyasını icra etməklə diqqət mərkəzinə düşürdü. Bu şəkildə o, 2019/20-də Ərsun Yanalın, 2021/22-də Vitor Pereyranın, 2025/26-da isə əvvəlcə Joze Mourinyonun, sonra da Domeniko Tedeskonun qovulmasından sonra müvəqqəti məşqçi kimi komandanı meydana çıxarmışdı.

Maraqlıdı ki, Gölə ümumilikdə bu şəkildə 10 oyunda ''sarı-lacivərdlilər''in başında yer alıb və komanda bu matçlardan 5 qələbə, 3 heç-heçə, 2 məğlubiyyətlə ayrılıb.