“LANDAU Lions” Slovakiya təmsilçisini qəbul edir

18.11.2026 10:00 0
İdman
“LANDAU Lions” basketbol komandası bu gün FIBA Avropa Kubokunda növbəti oyununu keçirəcək.

"Football-plus.az" xəbər verir ki, Erhan Tokerin rəhbərlik etdiyi kollektiv 7-ci turda Slovakiyanın “Prievidza” klubu ilə üz-üzə gələcək.

Bakı İdman Sarayında təşkil olunacaq G qrupunun qarşılaşması saat 19.00-da başlayacaq.

“LANDAU Lions” qrupda 7 xalla sonuncu - 6-cı pillədə qərarlaşıb.