Millətlər Liqasının B Liqasının 4-cü turu çərçivəsində Bosniya və Hersoqovina yığması öz meydanında Polşanı qəbul edib.
"Football-plus.az" xəbər verir ki, matç meydan sahiblərinin 1:0 hesabı qələbəsi ilə başa çatıb. İvan Basiçin 84-cü dəqiqədə penaltidən vurduğu qol Bosniya və Hersoqovinaya qələbə qazandırıb.
Bosniya və Hersoqovina yığmasına dəvət alan “Qarabağ”ın qapıçısı Martin Zlomişliç bu görüşün iştirakçısı olub. O, meydana start heyətində çıxıb və sonadək oynayıb.
2 illik fasilədən sonra Polşa millisinə çağırılan “Sabah”ın müdafiəçisi Timoteuş Puxaç isə əvvəldən sona kimi görüşü ehtiyat oyunçular skamyasından izləyib.
4 turdan sonra Bosniya və Herseqovina 8 xalla qrupda ikinci, Polşa isə 4 xalla üçüncü yerdədi.
Zlomisliç sevindi, Puxaç məyus oldu
Ölkə futbolu






