Qazaxıstan yığması Millətlər Liqasının C Liqasında növbəti matçını keçirib.
"Football-plus.az" xəbər verir ki, Qazaxıstan millisi doğma meydanda Slovakiyanı qəbul edib. Qarşılaşmada qalib müəyyənləşməyib və oyun 2:2 hesabı ilə başa çatıb.
“Sabah"ın qapıçısı Stas Pokatilov da Qazaxıstan millisinin heyətində bu görüşdə iştirak edib. Start heyətində meydana çıxan qolkiper 90 dəqiqə ərzində qapını qoruyub.
Bu heç-heçədən sonra Qazaxıstan millisi 3 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. Slovakiya isə 12 xalla qrup liderliyini qoruyub.
Pokatilovun millisi yenə xal itirdi
Dünya futbolu





