“Abşeron Lions” Estoniya təmsilçisini qəbul edəcək - Avropa Kuboku

16.10.2025 11:04 13
İdman
Bu gün "Abşeron Lions" basketbol klubu FIBA Avropa Kubokunun 1-ci qrupunda mübarizəyə başlayacaq.

"Football-plus.az" xəbər verir ki, komandamız Estoniya təmsilçisi "Kalev"i qəbul edəcək.

Qarşılaşma Bakı İdman Sarayında, saat 19.00-da start götürəcək.

Xatırladaq ki, 1-ci qrupun ilk görüşündə "Neftçi" Polşada "Trefl"ə uduzub - 63:92.