“Abşeron Lions” basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsində 1-ci qrupun növbəti oyununa çıxacaq.
"Football-plus.az" xəbər verir ki, Erhan Tokerin baş məşqçisi olduğu kollektiv Bakıda Polşa təmsilçisi “Trefl”lə üz-üzə gələcək. Qarşılaşma bu gün, saat 19.00-da Bakı İdman Sarayında olacaq.
1-ci qrupun digər görüşündə “Neftçi” ötən gün Bakıda Estoniyanın “Kalev” komandasını 95:84 hesabı ilə üstələyib. “Abşeron Lions” ilk qarşılaşmada “Kalev”ə uduzub - 85:93.