"Landau Lions" Danimarka, "Neftçi" İsveçrə klubuna qarşı

21.10.2026 11:23 18
İdman
Azərbaycanın iki basketbol klubu bu gün FIBA Avropa Kubokunda 3-cü tur matçlarına çıxacaq.

"Football-plus.az" xəbər verir ki, G qrupunda yer alan "Landau Lions" Danimarkada “Bakken Birs”in qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 20.30-da start götürəcək.

Erhan Tokerin baş məşqçisi olduğu kollektiv qrupun əvvəlki iki duelində İsveçrənin "Cenevrə Lions”" (83:105) və Slovakiyanın “Prievidza” klublarına uduzub (84:108).

“Neftçi” isə H qrupunda İsveçrədə “Fribur Olimpik”la qarşılaşacaq. Oyun saat 22.00-da başlanacaq.

Xatırladaq ki, paytaxt klubu əvvəlki iki görüşündə Yunanıstanın “Mikonos” (58:78) və Latviyanın VEF kollektivlərinə məğlub olub (94:110).