"Abşeron Lions"dan qələbə

24.09.2025 22:16 10
İdman
"Abşeron Lions" Avropa Kubokunun 1-ci təsnifat mərhələsinin ilk oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, basketbolçularımızın rəqibi Cəbubi Kiprin "Anortrosis" klubu olub.

Oyunun ilk hissəsi 26:11 hesabı ilə Erhan Tokerin yetirmələrinin xeyrinə başa çatıb. İkinci hissədə "Abşeron Lions" üstünlüyünü artırıb - 55:31. Üçüncü hissə də komandamızın üstünlüyü 31 xala çatıb - 77:46. Son dördlükdə "Anortosis" hesab arasındakı fərqi azaltmağa nail olub - 89:73. Beləliklə, "Abşeron Lions" ilk oyunda qələbə qazanıb.

Komandalar arasındakı ikinci görüş oktyabrın 1-də Limassolda baş tutacaq.