''Fənər''in qapıçısı ''Barselona''ya yollanmaq üzrədi

21.08.2026 23:58 3
Dünya futbolu
Ötən mövsümü icarə əsasında əvvəlcə ''Jirona'', sonra Zaqreb ''Dinamo''sunda keçirən və ''Fənərbaxça''nın yeni mövsüm üçün planlarına daxil olmayan qapıçı Dominik Livakoviçin nəhayət, yeni klubunun adına aydınlıq gəlmək üzrədi.

Son günlər ''Barselona''nın xorvtaiyalı qapıçıya ciddi maraq göstərməsi haqda xəbərlər səngimək bilmirdi. Kataloniyada işıq üzü görən ''Sport'' nəşrinin paylaşdığı xəbərə inansaq, İstanbul nəhəngi ''Barsa''nın 4 milyon avroluq təklifini qəbul edib.

3 milyon avroluq ilk təklif istanbullular tərəfindən qəbul edilməmişdi. Son anda bir dəyişiklik baş verməsə, bu transfer ən qısa müddətdə açıqlanacaq. Bu keçiddə Livakoviçin meneceri Endi Bara mühüm rol oynadı. Onun ''Barsa'' rəhbərliyi ilə münasibətləri yaxşıdı. Kataloniyalılar Livakoviçi transfer etdikdən sonra onu birillik Zaqreb ''Dinamo''suna icarəyə verəcəklər. Bu qapıçı ''Barsa''ya 2027/28-də lazım olacaq. Çünki bir ildən sonra Voytsex Şçensnının müqavilə müddəti başa çatacaq.

''Fənər''ə 2023-ün yayında məhz ''Dinamo''dan gələn 31 yaşlı əlcək sahibi Türkiyədə keçirdiyi iki mövsüm ərzində 74 rəsmi oyunda forma geyərək bunların 24-də qapısını toxunulmaz saxladı. Klub karyerasında işlərinin qaydasında getməməsinə baxmayaraq Livakoviç Xorvatiya yığmasının əsas qapıçısı statusundadı.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul