“Sabah” 5 mini keçdi, 6 minə doğru irəliləyir!

10.08.2023 11:58 275
Aktual / Konfrans Liqası
Bu gün Bakıda və paytaxtın ətrafında avrokubların üç oyunu keçiriləcək. Bu üzdən azarkeş sayı, tribunaların boş qalacağı ilə narahatlıqların olması təbiidi. Xüsusən də Masazırda keçiriləcək "Sabah" - "Partizan" oyununun taleyi sual doğurur.

Bəs həmin oyuna nə qədər bilet satılıb?

"Football-plus.az" saytı “Sabah”ın mətbuat katibi Elnur Həmidovdan bu suala cavab aldı:

"İndiyə kimi 5 mindən çox bilet satılıb. Hələ oyunun startına 8 saat var. 6 min və daha artıq biletin satılacağını gözləyirik".


ABDULLA İSMAYILOĞLU