Okan Buruk 2 milyonluq villa aldı

17.11.2026 18:00 0
Dünya futbolu
''Qalatasaray''ın baş məşqçisi Okan Burukdan yeni xəbər var. Belə ki, təcrübəli mütəxəssis İstanbulun ''Göktürk Məhəlləsi'' adlanan ərazisindən villa alıb. Villanın 120 milyon lirə dəyərində olduğu bildirilir ki, bu da təxminən 2,1 milyon avroya bərabərdi.

Burukun İstanbul nəhəngində illik qazancı 4 milyon avrodu. Məşqçi artıq həmin villaya köçüb və indi orda yaşayır. Bu ərazi ''Qalatasaray''ın ''Mətin Oktay'' məşq bazasına yaxın olması ilə seçilir. Böyük ehtimalla Buruk məhz bu üzdən burdan daşınmaz əmlak almağa üstünlük verib. Həm də Türkiyə mənbələrinin yazdığına inansaq, ''Qalatasaray''ın bəzi futbolçuları - Barış Alpər Yılmaz və Leroy Sane də ''Göktürk Məhəlləsi''ndə yaşayır. ''Qalatasaray''la ardıcıl 4 çempionluq yaşayan məşqçinin bazaya yaxın ərazidən olduqca bahalı bir villa alması onu göstərir ki, Buruk hələ uzun illər ''Cim-Bom''da qalmaq arzusundadı.

Hər halda Türkiyə mətbuatı onun bu sərmayəsini məhz bu cür qiymətləndirir. ''Göktürk Məhəlləsi'' ilə ''Qalatasaray''ın bazası arasında cəmi 7,5 km məsafə var.