“Sabah” 16 min bilet satıb, bəs “Qarabağ”?

22.08.2026 17:58 43
Aktual / Avrokuboklar
Məlum olduğu kimi, ölkəmizi Çempionlar Liqasının pley-off mərhələsində təmsil edən “Sabah” və Konfrans Liqasının pley-off mərhələsində mübarizə aparan “Qarabağ” gələn həftə cavab görüşünə çıxacaq. “Sabah” ilk oyunda 1:2 uduzub, “Qarabağ” 1:0 hesabıyla qalib gəlib.

Hər iki komanda rəqibini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək. Təbii ki, indi azərbaycanlı azarkeşləri tribunalara cəlb etmək yolunda da qiyabi mübarizə gedir.

Bu komandaların oyunlara marağın hansı səviyyədə olduğunu öyrənmək üçün “iTicket.az”a müraciət etdik. “Sabah” dünən 15 min biletin satıldığını açıqlamışdı. Gün ərzində bilet alanların sayı bir qədər də artıb, 16 minə çatıb. “Qarabağ”ın “Tvente” ilə cavab oyunu üçün satılan biletlərin sayı isə 12 minə yaxındı.

Xatırladaq ki, “bayquşlar” cavab oyununa avqustun 25-də, “köhlən atlar” 27-də çıxacaq.

İSRAYIL XEYRULLAYEV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul