“Sabah” “Barselona”ya görə BOS-a gedir?

28.08.2026 18:00 41
Avrokuboklar
Dünən Çempionlar Liqasının liqa mərhələsinin püşkü atıldı və “Sabah”ın da rəqibləri bəlli oldu. “Bayquşlar” evdə “Barselona”, Dortmund “Borussiya”sı, “Napoli” və “Slaviya” ilə qarşılaşacaq.

Rəqiblərimiz sırasında “Barselona”, “Borussiya” və “Napoli” kimi dünya nəhənglərinin olması ev oyunlarının yeri ilə bağlı müəyyən müzakirə doğurub. Yəni bəlkə “Sabah” bu komandalarla Tofiq Bəhramov adına Respublika stadionunda yox, tutumu daha böyük olan, ancaq rahat olmayan Bakı Olimpiya Stadionunda qarşılaşsın.

“Sabah”ın mətbuat katibi Elnur Həmidovla əlaqə saxlayaraq bu suallara cavab almaq istədik.

“Püşkdən sonra “Sabah” rəhbərliyi səviyyəsində ev oyunlarını “Bəhramov”la yanaşı, BOS-da keçirmək variantı müzakirə olunubmu? UEFA ilə bu yondə təmaslarınız olubmu? Həmidovun cavabı:

“Bu məsələ ilə bağlı hər hansı müraciət olmayıb. Hazırda liqa mərhələsindəki oyunların Tofiq Bəhramov adına Respulika stadionunda keçirilməsi nəzərdə tutulub”.

İSRAYIL XEYRULLAYEV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul