Ukrayna üçün növbəti məkan

14.10.2026 16:53 36
Dünya futbolu
Ukrayna yığmasının Millətlər Liqasının 6-cı turu çərçivəsində Gürcüstan ilə ev oyununu keçirəcəyi məkan müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, Ukrayna Futbol Assosiasiyasının mətbuat xidmətinin yaydığı xəbərə görə, oyun Slovakiyanın Koşitse şəhərində keçiriləcək. Rəsmi matç noyabrın 17-də Koşitse Futbol Arenasında oynanılacaq.

Ukrayna Gürcüstanla oyundan əvvəl, noyabrın 14-də səfərdə Şimali İrlandiya ilə qarşılaşacaq.

Xatırladaq ki, Ukrayna yığması Rusiya ilə müharibə səbəbindən ev oyunlarını Polşa, İspaniya, Çexiya, Almaniya və Slovakiyada keçirib.