Kaşuk Ukrayna millisinə dəvət aldı

4.11.2026 11:55 36
Ölkə futbolu
“Qarabağ”ın futbolçusu Aleksey Kaşuk Ukrayna millisinə dəvət alıb.

"Football-plus.az" xəbər verir ki, yığmanın baş məşqçisi Andrea Maldera Millətlər Liqasının noyabrda keçiriləcək oyunları üçün heyəti açıqlayıb. 25 futbolçudan ibarət siyahıda "köhlən atlar"ın vingeri də yer alıb.

Ukrayna bu ay Millətlər Liqasının əsas mərhələsində son iki oyununu Şimali İrlandiya və Gürcüstana qarşı keçirəcək.