Aleksey Kaşuk Ukrayna millisinə çağırıldı

17.03.2023 13:30 437
Ölkə futbolu
“Sabah”ın futbolçusu Aleksey Kaşuk 21 yaşadək oyunçulardan ibarət Ukrayna millisinə çağırılıb.

"Football-plus.az" xəbər verir ki, baş məşqçi Ruslan Rotan növbəti dəfə yarımmüdafiəçiyə dəvət göndərib.

O, Danimarka və İtaliyanın U-21 yığmalarına qarşı keçiriləcək yoldaşlıq görüşlərində məşqçilər korpusunun sərəncamında olacaq.

Qeyd edək ki, Ukrayna yığması martın 24-də Danimarka, 27-də isə İtaliya ilə qarşılaşacaq.