Azərbaycanın rəqibləri qarşılaşdı, İngiltərə uduzdu

17.10.2023 10:52 208
Yığma
AÇ-2025-in seçmə mərhələsində F qrupunda yer alan Azərbaycanın U-21 yığmasının rəqibləri növbəti oyunlarını keçirib.

"Football-plus.az" xəbər verir ki, Ukrayna yığması evdə İngiltərəni məğlub edib. Şimali İrlandiya isə Serbiyaya uduzub.

Ukrayna (U-21) – İngiltərə (U-21) 3:2
Qollar: Voloşin 31, Oçeretko 43, Kvasnitsa 90+4 – Madueke 67, Kresvel 89

Şimali İrlandiya (U-21) – Serbiya (U-21) 1:2
Qollar: Makquki 51(p) – Luçiç 15, Pantoviç 82

Ukrayna hazırda 9 xalla qrupda liderdi. Xalı olmayan Azərbaycan qrup sonuncusudu.

Xatırladaq ki, bu gün millimiz evdə Lüksemburqla qarşılaşacaq.