Belə durumla üzləşən futbolçu qışda klubunu tərk etməlidi? Onun Azərbaycana qayıtması nə dərəcədə doğru olar?
“Football-plus.az” bu məsələ ilə bağlı menecer Erkin İbrahimovun fikrini öyrənib:
“İstənilən futbolçu komandada oynamırsa, gələcəyi haqda düşünməlidi. Belə görünür ki, o şans qazanmayacaq. Hələ vaxt var, bəlkə də “Ərzurumspor”da ona forma şansı verdilər. Olmasa da, hər futbolçunun özünə uyğun çempionat, klub var. Bəlkə də yığma naminə 6 aylığa Azərbaycana qayıtması daha məqsədəuyğundu. Bəlkə də futbolçunun bilmədiyimiz başqa variantları da mövcuddu. Hər halda, futbolçu özü, ona məsləhət verənlər və yaxınları, heç şübhəsiz, onun yaxşılığını istəyirlər. Əlbəttə, heç kim azərbaycanlı futbolçunun legioner həyatı yaşayandan sonra geri qayıtmasını istəməz, ancaq bəzən buna ehtiyac yaranır. Əsas odu ki, futbolçu oynasın. Daha yaxşı bir variant yoxdusa, niyə də dönməsin?! Ən azı mövsümün sonunadək Azərbaycanda çıxış, formasını bərpa edər, psixoloji baxımdan özünəinamı və güvəni təzədən qaytara bilər. Harda oynaması o qədər də vacib deyil, əsas odu ki, formada olsun, çünki o, potensiallı gənc futbolçudu”.
İSRAYIL XEYRULLAYEV





