“Dinamo” yenə “Şaxtyor”u məğlub edə bilmədi - İCMAL

13.11.2026 16:31 0
Dünya futbolu
Turun Lvovda keçirilən mərkəzi oyununda “Dinamo” “Şaxtyor”u qəbul etdi. Qarşılıqlı hücumlar şəraitində keçən ilk yarının sonlarında üç real qol vəziyyəti yarandı. Kiyevlilərdən Voloşin Riznıkla təkbətək mübarizədə uduzdu. Qonaqlardan isə Alison həm təkbətəki boşa verdi, həm də uzatma dəqiqələrində topu dirəyə vurdu. 2-ci hissəyə “Şaxtyor” üstün bağışlasa da, Meyrellesin 53-cü dəqiqədə birbaşa “qırmızı” ilə qovulması Arda Turanın bütün planlarını pozdu. Müdafiəyə çəkilməli olan “Şaxtyor” heç-heçəni qorumağı bacardı. 2021-ci ilin oktyabrından bəri ilk dəfə Ukrayna nəhənglərinin oyununda qol vurulmadı.

Ümumiyyətlə, “Dinamo” “Şaxtyor”la ardıcıl 10-cu çempionat oyununda qələbəyə həsrət qaldı. Kiyevlilər sonuncu dəfə 2021-in aprelində qələbə qazanıb, həmin vaxtdan bəri keçirilən 10 oyundan 5-ci heç-heçə bitib, qalan 5-də “Şaxtyor” sevinib.

Mərkəzi oyundakı heç-heçə “Polesye” azarkeşlərini hamıdan çox sevindirdi. Leandro Andradenin 90 dəqiqə meydanda olduğu oyunda “Veres”i məğlub edən jitomirlilər “Şaxtyor”dan cəmi 1 xal geri qalır. Amma onların ehtiyatda bir oyunu da var.

Turun qalan oyunlarına gəlincə, “Obolon”la “Levıy Bereq”, “Episentr”lə “Krivbass”, “Bukovina” ilə “Kolos” “sülh bağladı”. “Kudrovka” “Çernomorets” üzərindəki qələbə sayəsində sonuncu pilləni tərk etdi. “Zarya” – LNZ oyununda komandalardan birinin seriyası qırıldı, o birinin seriyası davam etdi. Luqanskıların məğlubiyyətsiz oyunlar seriyasını 4-də dayandıran Çerkassk klubu özünün belə seriyasını eyni həddə çatdırdı. “Xarkov” – “Karpatı” oyunu 46-cı dəqiqədə, hesab qonaqların xeyrinə 2:1 olarkən hava həyəcanı siqnalı üzündən dayandırıldı.

12-ci tur
Şaxtyor – Dinamo 0:0

Şaxtyor: Riznık, Vinisius, Pedro Enrike, Matviyenko, Bondar, Oçeretko, Nazarina, Alison (Ferrayra, 85), Qomes (Neverton, 73), Traore (Meyrelles, 73), Mendosa (Qram, 55).
Dinamo: Buşan, Tiare, Tımçik (Sıç, 17), Dubinçak, Kencyora, Brajko, Pixalenok (Rubçinski, 88), Voloşin (Ba, 71), Şaparenko, Ponomarenko (Munqenqe, 71), Şola (Prado, 88).

Polesye – Veres 2:0
Sarapi, 47. Qayduçik, 90+3.

Obolon – Levıy Bereq 1:1
Yakimov, 73-öz qapısına – Krivoruçko, 28.

Episentr – Krivbass 1:1
Sıdun, 68 – Sek, 54.

Bukovina – Kolos 1:1
Kojuşko, 50 – Kane, 39.

Kudrovka – Çernomorets 1:0
Smirnı, 9.

Zarya – LNZ 1:2
Başiç, 64 – Ndiaqa, 8-p.; 50.

“Xarkov” – “Karpatı” oyunu yarımçıq qalıb.

1. Şaxtyor 12 9 2 1 22-5 29
2. Polesye 11 9 1 1 25-8 28
3. Dinamo 11 7 2 2 16-9 23
4. Xarkov 9 7 0 2 18-7 21
5. Karpatı 11 5 4 2 22-8 19
6. LNZ 11 5 3 2 12-10 18
7. Zarya 12 5 3 4 14-15 18
8. Kolos 10 3 3 4 13-14 12
9. Episentr 12 2 4 6 11-16 10
10. Bukovina 11 1 7 3 8-13 10
11. Çernomorets 11 2 3 6 8-13 9
12. Levıy Bereq 10 1 6 3 7-9 9
13. Veres 12 2 3 7 7-18 9
14. Obolon 11 1 5 5 5-18 8
15. Kudrovka 12 2 2 8 12-29 8
16. Krivbass 10 1 4 5 8-16 7

Bombardirlər: Krasnopir (Polesye) – 9, Zaberqca (Xarkov), Ponomarenko (Dinamo), Kostenko (Karpatı) – 6.

Növbəti turun oyunları noyabrın 20-22-si aralığında keçiriləcək: Kolos – Xarkov, Çernomorets – Episentr, Levıy Bereq – Şaxtyor, Karpatı – Zarya, Veres – Bukovina, Dinamo – Obolon, Krivbass – Kudrovka, LNZ – Polesye.