La Liqada hamını arxada qoydu

13.11.2026 15:49 0
Dünya futbolu
İspaniya La Liqasında oktyabr ayının ən yaxşı məşqçisi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu ada “Real”ın baş məşqçisi Joze Mourinyo layiq görülüb. Portuqaliyalı mütəxəssis səsvermədə “Real Sosyedad”ı çalışdıran Pelleqrino Mataratso və “Atletiko”nun baş məşqçisi Dieqo Simeoneni qabaqlayıb.

Mourinyonun komandası oktyabr ayında La Liqada keçirdiyi hər üç oyunda qələbə qazanıb. “Real” “Vilyarreal”ı 1:0, “Sevilya”nı 4:1, “Barselona”nı isə 2:1 hesabı ilə məğlub edib.