Bəs matçın keçiriləcəyi Vadutsda hava şəraiti necədi? 6127 yerlik “Reynpark” stadionunda anşlaq olacaqmı? Yığmamızı neçə azarkeş dəstəkləyəcək?
Bu suallarla AFFA-nın mətbuat xidmətinin rəhbəri Aida Əliyevaya müraciət etdik. Federasiya rəsmisinin “Football-plus.az”a cavabı:
“Hava yağışlıdı. Millimiz dünən oyunöncəsi son məşqini yağışda etdi. Komandanı 30-a yaxın azarkeşdən ibarət “Milli Dəstə” fanklubu dəstəkləyəcək. Həmçinin tribunalarda 1200 yerli azarkeş olacaq”.
KƏNAN BAHADIR





