"Mingəçevir" baş məşqçi Elman Sultanov ilə yolları ayırıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Elman Sultanov bu ilin avqust ayında "Mingəçevir"in baş məşqçisi təyin edilmişdi. Komanda 7 turdan sonra 4 xalla 10 komanda arasında 9-cu sıradadı.
"Mingəçevir" Elman Sultanovla vidalaşdı
Ölkə futbolu





