Xudiyev Budapeştdə hakimlərə qiymət verəcək

13.11.2026 16:06 0
Ölkə futbolu
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev Millətlər Liqasının liqa mərhələsinin oyununa təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, o, noyabrın 15-də Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək Belarus - Albaniya qarşılaşmasında hakim- inspektor kimi fəaliyyət göstərəcək.

Görüş Bakı vaxtı ilə saat 21.00-da başlayacaq. Qarşılaşma Budapeşt şəhərində yerləşən “İllovski Rudolf” stadionunda keçiriləcək.