Nəriman qışda “Ərzurumspor”dan ayrılacaq? – “bilmirəm, xəbərim yoxdu”

1.10.2026 13:54 369
Ölkə futbolu / Manşet
Yay “transfer pəncərəsi”ndə MLS təmsilçisi “Kolumbus Kryu”dan icarə əsasında Türkiyə “Ərzurumspor”una keçən Nəriman Axundzadə ilə bağlı müxtəlif xəbərlər yayılıb. Xatırladaq ki, 22 yaşlı hücumçu yeni komandasında indiyədək 3 oyuna çıxıb və cəmi 55 dəqiqə meydanda olub.

Nərimanın qışda “Ərzurumspor”dan ayrılacağını və yenidən “Kolumbus Kryu”ya qayıdacağını iddia edən mənbələr çoxdu. Əslində belə qərar tam anlaşılan olardı. Axı hücumçu komandaya kömək edə bilmir.

Bəs bu xəbərlər nə dərəcədə doğrudu? Nəriman yenidən MLS-ə qayıdacaq, yoxsa “Ərzurumspor”da qalacaq? Futbolçunun başqa komandaya keçmək ehtimalı varmı?

“Football-plus.az” bu suallara cavab tapmaq üçün Nəriman Axundzadənin meneceri Tural Əsgərli ilə əlaqə saxlayıb. O, belə xəbərlərin həqiqəti əks etdirmədiyini və bu mövzuda hansısa məlumatının olmadığını bildirdi.

“Kolumbus Kryu” ilə “Ərzurumspor” arasında icarə müqaviləsi 2027-ci ilin mayına qədər nəzərdə tutulub. Türkiyə klubunun mövsümün sonunda Nərimanı birdəfəlik transfer etmək hüququ da var.

İSRAYIL XEYRULLAYEV