Bu yay “Kolumbus Kryu”dan Türkiyənin superliqa təmsilçisi “Ərzurumspor“a keçən Nəriman Axundzadə ilə bağlı ümidlər böyük idi. Amma 22 yaşlı hücumçun ilk 6 turda cəmi 45 dəqiqə şans qazanıb. Odu ki, əsas yığmasının baş məşqçisi Ayxan Abbasovun açıqladığı siyahıda yer almaması anlaşılandı. Maraqlıdı ki, U-21-in baş məşqçisi Axundzadəyə dəvət göndərib. Yığmaların baş məşqçilər arasındakı fikir ayrılığını necə anlayaq? U-21-in çalışdırıcısının hansı dəlili var?
“Football-plus.az” Rəşad Eyyubova tribuna verib:
“Şadam ki, Nəriman bizimlədi. O, özünü çox peşəkar aparır, mən onun istedadına inanıram. Xaricdə oynayan futbolçularımız çox deyil. Nəriman isə Türkiyə superliqası kimi çətin çempionatda oynayır. Superliqa ciddi liqadı, orda oynamaq asan deyil. Mən onun yanındayam və ona inanıram. Nəriman liderlərimizdən biridi”.
İSRAYIL XEYRULLAYEV





