“Mançester Siti”də oktyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, azarkeşlər arasında keçirilən səsvermənin qalibi Elliot Anderson olub. O, sorğuda Erlinq Holann ilə Filip Fodeni arxada qoyub.
Elliot oktyabrda 6 oyun keçirib, 1 qolun və məhsuldar ötürmənin müəllifi olub.
Xatırladaq ki, MS onu yayda “Nottingem Forest”dən alıb. Andersonun transferi hazırkı klubuna 135 milyon avroya başa gəlib.
Klubunda hamını arxada qoydu
Dünya futbolu





