Aaron Van-Bissaka “Mançester Yunayted”də növbəti mövsümdə də çıxış edəcək.
"Football-plus.az" xəbər verir ki, İngiltərə klubu müdafiəçi ilə müqaviləni yeniləmək variantını aktivləşdirib.
26 yaşlı futbolçu ilə imzalanan yeni müqavilə 2025-ci ilin yayına qədər qüvvədə olacaq. Van-Bissaka MY-də 2019-cu ildən çıxış edir. O, cari mövsümdə 15 matçda meydana çıxıb və 2 məhsuldar ötürmə edib.