Yığmamız Şimali Makedoniya ilə qarşılaşacaq

1.04.2023 10:00 325
Yığma
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışı keçəcək.

"Football-plus.az" AFFA-nın saytına istinadən xəbər verir ki, aprelin 12-15-i aralığında Bakıda hazırlaşacaq komandamız ayın 16-da Şimali Makedoniyanın Skopye şəhərinə yollanacaq.

Yığmamız orada iki yoxlama görüşündə qüvvəsini sınayacaq.

Füzuli Məmmədovun komandası aprelin 18-də və 20-də Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət yığması ilə iki yoldaşlıq oyunu keçirəcək.