Qadın futbolçulardan ibarət millimiz bu gün dünya çempionatının seçmə mərhələsində son oyununu keçirəcək.
"Football-plus.az" xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan yığma səfərdə Şimali Makedoniya yığması ilə qarşılaşacaq.
Bitola şəhərində yerləşən “Petar Miloşevski” stadionunda təşkil olunacaq görüşü Gürcüstandan olan hakimlər briqadası idarə edəcək. Bakı vaxtı ilə saat 21.00-da başlanacaq matç “İdman TV” vasitəsilə canlı yayımlanacaq.
Qrupda Macarıstan 13 xalla birinci, Azərbaycan 9 xalla ikinci, Şimali Makedoniya 6 xalla üçüncü, Andorra isə 1 xalla dördüncü pillədə qərarlaşır.