İki azarkeşi döyən stüardlar həbs ediləcəklər - AÇ-nin MƏYUSLUĞU

10.07.2024 12:38 277
Dünya futbolu
Avropa çempionatının 1/8 finalının Portuqaliya - Sloveniya matçı zamanı arzuolunmaz hadisə baş verib.

İnsident Frankfurtdakı “Doyçe Bank Park” stadionunda yaşanıb.

Portuqaliya əsas və əlavə vaxtı qolsuz başa çatan oyundan sonrakı penalti seriyasında 3:0 hesabıyla qalib gəlib. Matçdan sonra Portuqalya mediasının yaydığı videodan portuqaliyalı olduğu ehtimal edilən iki azarkeşin stüardlar tərəfindən döyüldüyü görünür. Onlardan biri başından yumruq və təpik zərbələri alıb. Bu zaman həmin stüarda onun həmkarları da kömək edib. Digər azarkeş isə bu vaxt yerdə uzanmış halda qalıb.

Frankfurt polisinin nümayəndəsi hadisə ilə bağlı araşdırma aparıldığını bildirib. Şəhər polisi insidentin təhqiqatını tezliklə başa vurmağa çalışır. Rəsmi məlumatda azarkeşləri döyən stüardların məsuliyyətə cəlb ediləcəyi bildirilib. Yeri gəlmişkən, UEFA ciddi məsələ ilə bağlı açıqlama yayıb. Qitə futbol qurumu azarkeşləri döyən stüardları qınayıb.