Nəhayət, Fil Yaqilka çoxdan gözlənilən qərarı verib. İngiltərə yığmasının sabiq müdafiəçisi peşəkar futbolçu karyerasını başa vurub.
“Football-plus.az” xəbər verir ki, zarafat deyil, 41 yaşına qədər top qovub. Yaqilka milli komandada keçirdiyi 40 matçda 3 qol vurub. 2005/06 mövsümündə premyer-liqanın ən yaxşı oyunçusu seçilib. Fil karyerası ərzində “Everton”, “Şeffild Yunayted”, “Derbi Kaunti” və “Stok Siti” klublarında oynayıb. Premyer-liqada ümumilikdə 376 oyun keçirib, 18 qol vurub və 11 məhsuldar ötürmə verib. Veteran futbolçu qərarı ilə bağlı “instaqram” hesabında futbolla vidalaşdığını belə ifadə edib: “Bütün yaxşı şeylər sona çatır. 800-dən bir qədər çox matçdan sonra mənim futbolçu karyeram da başa çatdı”.