Mərakeş yığmasının sabiq yarımmüdafiəçisi Əbdüləziz Barrada 35 yaşında vəfat edib. O, oktyabrın 24-də ürəktutmasından dünyasını dəyişib.
Barrada karyerasını 2021-ci ilin yayında başa vurmuşdu. Peşəkar futbolçu həyatı ərzində “Xetafe”, “Marsel”, “Əl-Nəssr”, “Əl-Cəzirə”, “Antalyaspor”, “Əl-Şahaniyə” və “Ximnastik”də çıxış edən Əbdüləziz klub futbolunda ümumilikdə 227 oyun keçirib, 40 qol vurub və 36 məhsuldar ötürmə verib.
Bəxtsiz sabiq futbolçunun milli formada meydana çıxdığı 26 oyunda 4 qol vurduğunu da bildirək.