Millətlər Liqasının Avstriya – Fransa matçı (1:1) Didye Deşamı ölkə futbolunun tarixinə salıb.
"Football-plus.az" xəbər verir ki, o, “Liverpul”un oyunçusu İbrahima Konateyə milli formada debüt etmək şansı verib. 23 yaşlı müdafiəçi Deşam baş məşqçi olduğu dövrdə Fransa yığmasında 65-ci debütant olub. “Üçrənglilər”i 2012-ci ildən çalışdıran Deşam bununla da milli komandanın sabiq baş məşqçisi Mişel İdalqonun rekordunu yeniləyib.
Fransa yığmasını 1976-84-cü illərdə çalışdıran İdalqo milli formada 64 futboçuya debüt etmək imkanı yaratmışdı.