Fransa yığmasının baş məşqçisi Didye Deşam DÇ-2026-dan sonra Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna rəhbərlik edə bilər.
"Football-plus.az" xəbər verir ki, bilindiyi kimi, o, bir müddət əvvəl mundialdan sonra yığmadan ayrılmaq istədiyini açıqlayıb.
Fransanın “Ekip” nəşrinin məlumatına görə, hazırda “Əl-İttihad”ı çalışdıran Serjio Konseysao zəif nəticələr səbəbindən istefaya göndəriləcək. Komanda hazırda çempionatda 8-ci yeri tutur.
Klub rəhbərliyinin artıq fransalı mütəxəssisə rəsmi təklif göndərdiyi də bildirilib. Deşam isə hələlik cavab verməyə tələsmir və diqqətini dünya çempionatına hazırlığa yönəldib.