Sabiq MY-li ilə müqavilə yeniləndi

4.06.2024 17:58 155
Dünya futbolu
Maykl Karrik “Midlsbro”nu premyer-liqaya çıxara bilməsə də, klub onunla əməkdaşlığı davam etdirməyi lazım bilib.

Rəhbərlik baş məşqçi ilə müqaviləni yeniləyib. “Mançester Yunayted”in və İngiltərə yığmasının sabiq yarımmüdafiəçisi ilə imzalanan yeni müqavilə 3 illik müddətə razılaşdırılıb.

42 yaşlı Karrik “Midlsbro”nu 2022-ci ilin oktyabrından çalışdırır. Komanda 2023/24 mövsümündə çempionşipdə 46 oyuna 69 xalla 8-ci yeri tutub.