Ronaldo karyerasını Ərəbistanda davam etdirəcək?

1.12.2022 17:44 351
Dünya futbolu / Manşet
Dünya mediasında Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanı çempionatında çıxış edən “Ən-Nasr” klubuna keçəcəyi ilə bağlı məlumatlar yayılır.

Football-plus.az xəbər verir ki, britaniyalı jurnalist Pirs Morqan informasiyanı təkzib edib. O, şəxsi “tvitter” hesabında bu haqda paylaşım edib:

“Ronaldo “Ən-Nasr”la müqavilə imzalayıb? Xeyr! Bunu etməyib”.


Qeyd edək ki, Ronaldo Pris Morqana verdiyi müsahibədən sonra “Mançester Yunayted”lə müqaviləsini qarşılıqlı razılıq əsasında pozub. Dünya mediasında portuqaliyalı forvardın “Ən-Nasr”la razılaşdığı və ilinə 200 milyon avro qazancağı ilə bağlı xəbərlər yayılmışdı.