Ronaldo “Əl-Nəssr”dən də gedə bilər?

7.10.2026 22:50 18
Dünya futbolu
Kriştiano Ronaldo baş məşqçi Jorje Jezusla arasında yaşanan gərginliyə baxmayaraq, gələn il Portuqaliya yığmasında çıxışını davam etdirə bilər.
“Talksport” nəşrinə danışan yerli jurnalist Migel Pereyranın sözlərinə görə, 41 yaşlı hücumçu milli komandada son qolunu vurmağı və karyerasını xüsusi şəkildə başa vurmağı planlaşdırır. Tanınmış media işçisi onun mövsümün sonunda milli komandada 1000-ci qoluna çatmağı hədəf aldığını deyib. Pereyra Portuqaliya Futbol Federasiyasının da Ronaldonun yaratdığı böyük marağa görə onun komandada qalmasında çox maraqlı olduğunu vurğulayıb.
Bu arada Ronaldonun qış “transfer pəncərəsi” dövründə klubundan ayrıla biləcəyi haqda iddia var. Bu barədə “Əl-Nəssr”in sabiq mətbuat katibi və jurnalist Səud Əl-Samari məlumat yayıb. O, portuqaliyalı hücumçunun komandadakı rolunun zəiflədiyini qeyd edib: “Ronaldo “Əl-Nəssr”də heç bir rol oynamır. Onun qışda bir müddət əvvəl Kərim Benzemanın etdiyi kimi, klubdan ayrılacağını istisna etmirəm. Ronaldo artıq əvvəlki səviyyəsində deyil və “Əl-Nəssr”ə verə biləcəyi heç nə qalmayıb. Buna görə də ayrılmalıdı”.
Qeyd edək ki, ulduz futbolçu Səudiyyə Ərəbistanı klubunda 2022-ci ilin dekabrından çıxış edir.