Tovuz bolqar voleybolçuları gül-çiçəklə qarşıladı - FOTO

9.11.2026 16:05 0
İdman
Sabah qadın voleybolçulardan ibarət “Turan” komandası Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Bolqarıstan "Maritsa”sını qəbul edəcək.

Böyük həyəcanla gözlənilən bu vacib qarşılaşma üçün qatarla Tovuza təşrif buyuran komandanı “Ultras Turan” azarkeş qrupunun üzvləri və azyaşlılar qarşıladı. Bolqarıstanlı voleybolçular belə isti münasibətdən təəccübləndi. Tovuzlu azarkeşlər vağzalda şən ab-hava yaratdılar. Onlar “Maritsa”nın voleybolçularına tək-tək yaxınlaşıb. gül dəstələri təqdim etdilər.

Tovuz bolqar voleybolçuları gül-çiçəklə qarşıladı


ƏSƏD SEYİDOV