“Hava şəraitinə görə Tovuza döndük, Ağsunun aşırımlarını çıxmaq mümkün deyil”

23.02.2025 14:41 297
Aktual / Ölkə futbolu
Bu gün “Turan Tovuz” Misli premyer-liqasının 24-cü turunda “Şamaxı”nın qonağıdı.

Bilindiyi kimi, “bozqurdlar”ın azarkeş qrupu “Ultras Turan” səfər oyunlarında da meydan sahibi ab-havasını yarada bilir.

Bəs azarkeşlər bu gün komandanı dəstəkləmək üçün Şamaxıya gedibmi? Bu sualı “Ultras Turan” azarkeş qrupunun rəhbəri Kamal Saqqayevə ünvanladıq:

“Hava şəraitinə görə Tovuza döndük, Ağsunun aşırımlarını çıxmaq mümkün deyil”.

Qeyd edək ki, oyun saat 14.30-da start götürüb.

ƏSƏD SEYİDOV