Yuqoslaviya futbolunda və ''Qalatasaray'' tarixində iz buraxmış isimlərdən olan Cevad Prekazi dünyasını dəyişib.
O, 69 yaşında bazar günü öz evində vəfat edib.
Serbiya mətbuatı əvvəlcə bu xəbəri bir iddia kimi ortaya atdı. Amma daha sonra Prekazinin əfsanəsi olduğu ''Partizan'' rəsmi bəyanat yayaraq ölüm xəbərini təsdiqlədi. Ölümün səbəbi barədə dəqiq məlumat verilmir. Prekazi 2023-cü ildə iflic olmuş və bir müddət xəstəxanada qalmışdı. Amma son illər onun hər hansı bir xəstəlikdən əziyyət çəkməsi barədə məlumat yox idi.
Əslən Kosovo albaniyalısı olan Prekazi ''Partizan''ın yetirməsi olub və karyerasının ilk 7 ilini bu klubda keçirib. Daha sonra ''Hayduk''da da çıxış edib. 1985-91-ci illərdə şərəfini qoruduğu ''Qalatasaray''da 2 çempionluq, 1 ölkə kuboku olmaqla 3 titul qazanıb.
Uzaq məsafələrdən qüvvətli zərbələri ilə tanınan Prekazi Türkiyədə ''Qalatasaray''dan başqa ''Altay'' və ''Bakırköyspor''da da forma geymişdi. ''Qalatasaray'' və ''Altay'' da onun ölümü ilə bağlı başsağlığı mesajı paylaşıb.
''Qalatasaray''ın əfsanəsi dünyasını dəyişdi
Dünya futbolu





