“Həmin gün stadionda tovuzlu azarkeşlər çoxluq təşkil edirdi” – Tovuzdan reaksiya

29.01.2025 21:55 317
Aktual / Ölkə futbolu
“Turan Tovuz” Misli premyer-liqasının 20-ci turunda səfərdə “Qarabağ”a qalib gəldi - 1:2.

Tovuz klubu yaşıl meydanda, azarkeşləri də tribunalarda ağdamlılara qalib gəldi. “Ultras Turan” ətrafında birləşənlərin sayı ən azı “İmarət Tayfa” ilə “Qarabağ Ordu” üzvlərinin sayına bərabər idi.

Həmin gün stadionda tovuzlu, yoxsa ağdamlı azarkeşlər daha çox idi? Bunu nəyin hesabına etdiz? Qalan səfər oyunlarında da rəqib azarkeşləri say baxımdan üstələməyi düşünürsüzmü? Bu sualları “Ultras Turan”ın rəhbəri Kamal Saqqayevə ünvanladıq:

“Həmin gün stadionda tovuzlu azarkeşlər çoxluq təşkil edirdi. Biz həmişə komandamızın yanındayıq. Getdikcə sayımız artacaq. Çünki hünərimiz var”.

ƏSƏD SEYİDOV