UEFA Babək Quliyevə Türkiyədə ehtiyac duydu

9.11.2026 16:18 45
Ölkə futbolu
Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

O, Türkiyənin Trabzon şəhərində keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının 2027-ci il seçmə mərhələsinin 11-ci qrupunun oyunlarında hakim-inspektor və UEFA nümayəndəsi kimi fəaliyyət göstərəcək.

Babək Quliyev noyabrın 11-də Macarıstan - Şimali Makedoniya, 14-də Şimali Makedoniya - San Marino, 17-də isə San Marino - Macarıstan qarşılaşmalarında iş başında olacaq.